(Yazı Arif Bağırovun ölümünün ildönümünə ithaf olunur)
«Öz atasını başa düşməyən heç bir kişi yaxşı ata ola bilməz!»
Tornton Uaylder
“Əziz ata! Sənin ölümündən artıq bir il keçir... Biz bu tarixə bacardığımız qədər yaradıcı yanaşdıq, sənin xoşuna gələn kimi. Sənin şəkillərinin sərgisini hazırladıq, hansı ki, sən özün keçirə bilmədin. Bunun üzərində işləyə-işləyə biz yalnız sənin özün və sənin unikal rəssamlıq istedadın haqqında düşündük. Sən heç vaxt xoşuna gəlməyən bir şeyi təsvir etməzdin. Sən yalnız sonsuza qədər sevdiyin şeyləri canlandırmağı sevərdin...
Sənin bu sərginə adi tamaşaçılar yox, yalnız dostların, doğmaların, bir sözlə, yalnız səni səmimi qəlbdən sevən insanlar gəldi. Xoşlamadığın heç nə olmadı!
Ata, mənim yolum da sənin yolun kimi heç vaxt asan olmayacaq. Bilirəm... Əminəm... Axı gələcək haqda təxəyyülün gücü mənə səndən keçib.
Bu həyatda hər şeydən çox ona görə bəxtim gətirib ki, mənim sənin kimi atam olub. Heç vaxt sənin sevmədiyin və qəbul etmədiyin bir şeyi sevməyəcək və qəbul etməyəcəyəm.
Sənsiz həyatımın bu birinci ili mənim üçün elə də asan keçmədi, əziz atam! Amma mən yenə də bizim ailə adət-ənənəmizi davam etdirməyə çalışdım və çalışıram da! Şərəfli, ədalətli, səmimi, məsuliyyətli, vətənə və insanlara qarşı sevgidolu bir ömür sürürəm. Həmişə sənin etdiyin kimi!
Böyük məhəbbətlə...
Oğlun Bəhram Bağırzadə...”
Ömür bioqrafiyasından...
Arif Bağırov 1938-ci ilin 12 iyununda Bakıda dünyaya göz açıb. Bakı heç vaxt onun üçün sadəcə doğulub, böyüyüb boya-başa çatdığı bir şəhər olmayıb. Bakı yeganə yer idi ki, burada o, özünü xoşbəxt hiss edirdi. Hər zaman hər yerdə bakılı olduğundan böyük bir qürur hissi ilə söz açırdı. Arifin atası Cəfərqulu bəy 1909-cu ildə dünyaya gəlmiş, yaxşı ali təhsil almış, uzun illər Bakının bir çox orta məktəblərində rəsmxət müəllimi vəzifəsində çalışmışdı. Sonra isə Azərbaycanın ilk təhsil nazirlərindən birinin qızı, tanınmış Qarabağ bəyləri nəslindən olan gənc, gözəl Mədinə xanım Vəkilova ilə evlənmişdi. Mədinə xanım həyat yoldaşından 12 yaş kiçik olsa da, Cəfərqulu bəyə çox gözəl ömür-gün yoldaşı oldu, 2 qızı və 8 oğluna analıq etdi. Övladlarının ən böyüyü Arif Bağırov idi...
Balaca Arifin 3 yaşı olanda İkinci Dünya müharibəsi başlandı və atası Cəfərqulu bəy orduya çağırıldı. O, bir neçə il orduda şərəf və ləyaqətlə xidmət etdi. Şərqi Avropaya gəlib çatanda isə ağır yaralandı və güclü kontuziya aldı. Bakıya qayıtdıqdan sonra həkimlər ona dərs deməyi qəti şəkildə qadağan etdilər. Buna görə də Cəfərqulu bəy öz sevimli peşəsini dəyişməli oldu. Müharibədən aldığı yaralardan sonra tapdığı ağır xəstəlik nəticəsində o, 1977-ci ildə dünyasını dəyişdi.
1946-cı ildə Arif 17 saylı məktəbin I sinfinə getdi. Aclığın və çətinliyin hökm sürdüyü bir zaman olsa da, o, məktəbə getdiyi ilk günlərdən öz fəallığı ilə seçilməyə, məktəbin təşkil etdiyi tədbirlərdə, dram dərnəyinin səhnələşdirdiyi tamaşalarda, bayram konsertlərində həmişə aktiv iştirak edirdi. Onun imzasına divar qəzetlərinin səhifələrində də rast gəlinirdi. Lakin onu yaşıdlarından fərqləndirən ən əsas cəhət başqa idi: O, çox orijinal şəkillər çəkirdi.
Arif həm də yaxşı dost idi. O, özünə dost bildiyi uşaqlarla hər şeyini, hətta aclıq vaxtı anasının çox çətinliklə alıb çantasına qoyduğu qara çörək parçasını da bölüşməyə hazır idi.
Arif VIII sinifdə oxuduğu məktəbi 190 saylı məktəblə əvəz etdi. Həmin məktəb o vaxtlar Voroşilovun adını daşıyırdı, direktoru isə bütün Azərbaycanın sevimlisi olan Sona xanım Tağıyeva idi. Arif həmin məktəbi fərqlənmə ilə bitirib, 1957-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil oldu. Amma Arifin tələbə həyatı təkcə dərs oxumaq və yazmaqdan, gənclikdən doğan sevincdolu, nəşəli günlərdən ibarət deyildi. O, öz çiyinlərində ailəsinin, özündən balaca qardaş və bacılarının məsuliyyət yükünü daşıyırdı. İşləməyə hələ məktəbdə oxuduğu dövrdə başlamışdı. İnstitutda oxuya-oxuya da işini davam etdirdi. Sonralar isə elə özünün doğma məktəbinə qayıdaraq, orada rəsm və rəsmxət fənlərinin tədrisi ilə məşğul olur, bəzən də bədən tərbiyəsi müəllimini əvəz edirdi. Universiteti bitirdikdən sonra isə Azərbaycan dili və ədəbiyyat dərslərini tədris etdi.
Həmin məktəb Arifin həyatında çox böyük izlər qoydu. Belə ki, o, gələcək həyat yoldaşı Tahirə xanım Əfəndiyeva ilə də elə bu məktəbdə qarşılaşdı.
1965-ci ildən etibarən Arif Bağırov Azərbaycan SSR-in Daxili İşlər Nazirliyində işləməyə başladı.
Bir dəqiqə belə boş vaxt tapa bilməsə də, ürəkdən sevdiyi yeganə bir iş vardı ki, Arif onunla məşğul olmağa hər zaman hazır idi. Bu, rəssamlıq idi.
O, həmişə rəssam olmaq istədiyini vurğulayardı, amma tale bu yerdə onun istəkləri ilə kəsişməmişdi.
O, mütəmadi olaraq, DİN-in əməkdaşları arasında keçirilən bədii sərgilərdə iştirak edirdi. 1991-ci ildə baş tutan belə sərgilərdən birində II yeri tutmuşdu.
Arif Bağırov bundan başqa bir çox beynəlxalq sərgilərdə də öz əsərlərini nümayiş etdirmiş, 7 fərdi sərgi keçirmişdi. Onlardan 2-si “Atalar və oğullar” adlanırdı. Həmin 2 sərgini Arif müəllim istedadlı rəssam - karikaturaçı oğlu Bəhramla birgə təşkil etmişdi. Arif müəllimin rəsm əsərlərinə Argentina, İsrail, Rusiya, Türkiyə, Avstriya kimi ölkələrin özəl kolleksiyalarında da rast gəlmək olar.
Arif Bağırovun rəssamlıq istedadı o qədər qabarıq və güclü idi ki, onu tezliklə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul etdilər. Amma onun yaradıcılığı təkcə rəsmlə bitmir. O, ədəbiyyat sahəsində də xüsusi istedad sahibi idi. Hətta bu istedadı onu Azərbaycan Yazıçılar Birliyinə üzvlüyə qədər gətirib çıxarmışdı. Onun ədəbi istedadının təsdiqi kimi “Qeyri-adi intihar”, “Üç ömürdə bir həyat” adlı bədii kitablardan da danışmaq olar.
Qarabağ hadisələri başlayanda Arif müəllim artıq general rütbəsini daşıyırdı. Bu müharibə ona çoxlu kədər və ölüm gördü, amma heç vaxt bu barədə danışmadı. Müharibə onun ürəyinə çox dərin bir yara saldı.
1993-cü ildə Arif müəllimin növbəti fərdi sərgisi təşkil olundu və bu sərgidə satılan rəsm əsərlərindən yığılan bütün pulları o, Qarabağ müharibəsində dünyasını dəyişmiş hərbçilərin ailələrinə verdi. Elə həmin il Bakıya qayıdaraq, gənclik illərindən qalma arzularını həyata keçirmək şansı əldə etdi. Vaqif Mustafayevin “Yerlə göy arasında”, “Yoxlama”, “Milli bomba”, Fikrət Əliyevin “Yuxu” filmində çəkildi. Tez-tez yerli telekanallarımızın efirlərində yayımlanan müxtəlif verilişlərə dəvət aldı.
Beləcə, Arif Bağırov çox maraqlı, yaradıcılıq, məhəbbət, saf sevgi, xeyirxahlıq və ədalət dolu həyatını başa vurdu.
17 sentyabr 2008-ci il-Arif Bağırovun torpağa tapşırıldığı gün onun qəbrinin üstündə çox böyük bir izdiham toplaşdı. Aktyor, rəssam, arxitektor, polis əməkdaşları və təbii ki, dostları, doğmaları, bir sözlə, onun sevdiyi və onu sevən insanlardan ibarət bir izdiham.... Hamı dərin bir hüzn içində Arif Bağırova Allahdan rəhmət dilədi: Ruhun şad olsun, Arif müəllim!
Könül NƏCƏFLİ