Vandalizm 

   Ermənilər Xocalı qətliamına çoxdan hazırlaşırdılar. Xankəndinin doqquz kilometrliyində yerləşən Xocalı böyümüş, şəhər tipli qəsəbəyə çevrilmişdi. Qərbi Azərbaycandakı doğma torpaqlarından didərgin salınmış azərbaycanlıların bir hissəsi də Xocalıda məskunlaşmışdılar. Xocalının böyüməsi erməniləri qorxuya salırdı. Məkrli ermənilər cidd-cəhdlə Xocalı əhalisinin deportasiyasına çalışırdılar. Xankəndinin, o cümlədən Dağlıq Qarabağdan Azərbaycan kəndlərimizə silahlı basqınlar etmiş, əhalini qırmış, kəndləri boşaltmışdılar. Xocalı o ağır dönəmdə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan yeganə iri yaşayış məskəni idi. Muxtar vilayətin yeganə aeroportu da Xocalıda yerləşirdi. Bu amil də erməniləri ciddi narahat edirdi. Onlar Xocalı ilə Ağdamın əlaqəsini kəsdilər - yaşayış məskəninə gələn yeganə yolu ələ keçirdilər. Şəhər mühasirədə qaldı. Xocalıya yalnız vertolyot vasitəsilə gəlmək mümkün oldu. Xocalının ölkə ilə əlaqəsi kəsildi. Telefon və elektrik xətləri sıradan çıxarıldı. 1992-ci ilin 13 fevralından şəhərlə yeganə əlaqə vasitəsi olan vertolyot uçuşu da dayandırıldı. Həmin gün Xocalıdan 300 nəfər sakin çıxarıla bildi. Şəhər əhalisinin böyük əksəriyyəti çıxılmaz durumda idi. 1991-ci ilin məlumatına görə, Xocalıda 6300 nəfər yaşayırdı. Aeroport Əlif Hacıyevin rəhbərlik etdiyi yüngül silahlarla silahlanmış kiçik bir dəstə tərəfindən qorunurdu. Erməni terrorçuları Xankəndində dislokasiya olunmuş 366-cı alayın canlı qüvvəsi və hərbi texniki dəstəyi ilə Xocalıya hücum etdilər. Qaniçən erməni terrorçuları hücuma fevralın 25-dən 26-na keçən gecə başladılar. Qana susamış ermənilər gecə hücumunu təsadüfən seçməmişdilər. Şəhər yuxuda idi. 366-cı alaya məxsus zirehli texnikanın köməkliyi ilə ermənilər üç tərəfdən Xocalıya hücuma keçdilər. Zirehli texnikanın köməkliyi ilə terrorçular heç bir müqavimətlə üzləşmədən şəhərə daxil oldular. Əhalinin çıxış yolu yox idi. Ümid yalnız Ağdam istiqamətində qarlı meşə yoluna qalırdı. Qaranlıq qış gecəsi. Dizə qədər qar. Keçilməz meşəlik. Şəhər gülləbaran edildi. Bütün gecəni qaranlıq və şaxtada yol gələn xocalıları qarşıda dəhşətli faciə gözləyirdi. Xocalılar Naxçıvanik kəndi yaxınlığındakı düzənliyə çıxdılar. Dağlarda gizlənmiş ermənilər onları güllə yağışına tutdular. 500-ə yaxın insan süngüdən keçirildi. Uşaqlar və körpələr xüsusi amansızlıqla qətlə yetirildi. İnsan cəlladı Zori Balayanın qələmə aldıqlarını oxumaqla da Xocalı hadisəsinin dəhşətlərini göz önünə gətirmək olar. Erməni xalqının ideoloq yazıçılarından sayılan Zori Balayanın şövq və həvəslə seyr etdiyi və sonradan ilhamla təsvir etdiyi səhnəni təsəvvür etməklə bütövlükdə erməni xalqına, onun xarakterinə, xislətinə, hissiyyatına qiymət vermək olar.
   Həmin gecə erməni terrorçuları qocalara, körpələrə rəhm etməmiş, qarşıya çıxana zirehli texnikadan atəş açmışlar. Hətta qaniçən ermənilər güllənmiş insanların cəsədlərinə qarşı zorakılıq etmişdilər. Cəsədlərin ağız-burnunu, qol-qıçını kəsmiş, gözlərini çıxarmış, başlarının dərisini soymuş, bədənlərini tikə-tikə etmişdilər. Aparılmış istintaq hərəkətləri nəticəsində müəyyən edilmişdir ki, həlak olmuşların əksəriyyətinə lap yaxın məsafədən atəş açılmışdı. Bir çox Xocalı sakini qaranlıq və soyuq qış gecəsində meşədə donaraq öldü. Xocalının 1000-dən çox sakini əsir götürüldü, onlar arasında Özbəkistandan qaçqın düşmüş məshəti türkləri də var idi. İtkin düşmüş 200 nəfər Xocalı sakinindən bu gün də heç bir xəbər yoxdu.
   Sadaladıqlarımız Xocalı qətliamının çox qısa xronikasıdır. Ancaq bu günün özündə də bir məsələni o zamankı Azərbaycan hökumətinə, onun rəhbərliyinə bağışlamaq olmur. Bu cür dəhşətli faciəni ən azı erməni təcavüzü kimi belə dünya ictimaiyyətinə təqdim etmədilər. Ermənilər isə həyasızcasına informasiya yaydılar ki, faciəni Azərbaycan tərəfi məqsədli şəkildə törədib. Əslində isə ermənilər bu qanlı olayı əvvəlcədən planlaşdırmışdılar.
   Fevralın 25-dən 26-a keçən günü də təsadüfən seçməmişdilər. 1989-cu ilin 25 fevralında məkrli ermənilər məqsədli şəkildə Sumqayıt hadisələrini törətmişdilər. Xain və riyakar erməni terrorçuları da qəsdən həmin gün Xocalıda görünməmiş qırğın törətdilər. Ancaq ermənilər tarix qarşısında özlərini sığortalaya bilməyəcək, qanlı əməllərinə görə bəraət qazanmayacaqlar.
   
   Xeybər GÖYYALLI