Fevralın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası Moskvadakı Böyük Teatrın səhnəsində böyük bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletini təqdim edəcək. Baletin quruluşçu baletmeysteri Vasili Medvedyev, musiqi rəhbəri və dirijoru İstanbul Opera və Balet Teatrında çalışan həmyerlimiz Elşad Bağırov, quruluşçu-rəssamı Dmitri Çerbadji, geyim üzrə rəssamı isə Tahir Tahirovdur. Tamaşada Bəhram şah rolunu teatrın aparıcı solisti Mixail Lobuxin oynayacaq. Gözəllər gözəli rolunda isə Azərbaycanın Əməkdar artisti Kamilla Hüseynova çıxış edəcək. Tamaşanı Elşad Bağırov idarə edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar