Azərbaycan
   
   3 sentyabr 1951 - Xaql artisti, tanınmış aktyor Yaşar Nuri (Yaşar Məmmədsadıq oğlu Nuriyev) Bakıda anadan olub.
   3 sentyabr 1985 - Bakıda yeni zoopark açılıb.
   4 sentyabr 1950 - Şairə Aləmzər Məmməd qızı Əlizadə anadan olub.
   4 sentyabr 2003 - Görkəmli yazıçı, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə (29.12.1921-2003) vəfat edib.
   
   5 sentyabr 1935 -Xalq artisti, teatrda, kinoda və televiziya tamaşalarında unudulmaz obrazlar qalereyası yaratmış görkəmli aktyor Səyavuş Məmmədağa oğlu Aslan anadan olub.
   5 sentyabr 1944 - İctimai xadim, şair, dramaturq Hidayət Orucov Qərbi Azərbaycanda, indiki Ermənistanın Mehri rayonunda anadan olub. 1968-1984-cü illərdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərlik edib. 1992-2006-ci illərdə Azərbaycan Respublikası Prezidentinin milli məsələlər üzrə dövlət müşaviri işləyib. 2006-cı ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədridir.
   5 sentyabr 2002 - Prezident Heydər Əliyev "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, KİV-in sərbəst inkişafının təmin edilməsi, iqtisadi və siyasi asılılığının aradan qaldırılması, maddi-texniki və maliyyə bazasının daha da gücləndirilməsi məqsədilə vəsait ayrılıb.
   
   6 sentyabr 1935 - Şair, publisist Əvəz Cəlal oğlu Mahmudov (Əvəz Lələdağ) anadan olub.
   
   7 sentyabr 1914 - Tanınmış ədəbiyyatşünas və teatrşünas, ictimai xadim Cəfər Haşım oğlu Cəfərov (1914-19.9.1973) anadan olub.
   7 sentyabr 1939 - Şair, tərcüməçi, ssenarist Mənsur Fəxri oğlu Vəkilov (Mənsur Fəxri) Bakıda anadan olub. Uzun müddət “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru işləyib.
   
   Dünya
   
   3 sentyabr 1863 - Norveç şairi və dramaturqu Hans Aanrud (1863-1953) anadan olub.
   3 sentyabr 1883 - Görkəmli rus yazıçısı İvan Sergeyeviç Turgenev (9.11.1818-1883) vəfat edib.
   3 sentyabr 1927 - Belarus yazıçısı Ales (Aleksandr) Adamoviç (1927-1994) anadan olub.
   3 sentyabr 1928 - Moldova yazıçısı və dramaturqu İon Druse (İvan Drusa) anadan olub.
   3 sentyabr 1941 - Rus yazıçısı Sergey Dovlatovun (1941-1990) doğum günüdür.
   3 sentyabr 1953 - Fransız kinorejissoru, ssenarist və dramaturqu Jan-Pyer Jene anadan olub.
   
   4 sentyabr 1768 - Fransa ədəbiyyatında romantizm cərəyanın banilərindən biri, yazıçı Fransua Rene de Şatobrian (François-Rene de Chateaubriand, 1768-1848) anadan olub.
   4 sentyabr 1791 - Alman bəstəkarı, böyük opera üslubunun yaradıcısı Cakomo Meyerber (Yakob Mayer Ber, 1791-1864) anadan olub.
   4 sentyabr 1809 - Məşhur polyak şairi Yuliuş Slovaski (1809-1849) anadan olub.
   4 sentyabr 1892 - Fransız bəstəkarı Darius Miyo (Darius Milhaud, 1892-1974) anadan olub.
   4 sentyabr 1904 - Fransız kinorejissoru Kristian Jak (Mode) - (Christian-Jaque (Maudet), 1904-1994) anadan olub.
   4 sentyabr 1913 - İtalyan kinorejissoru Renato Kastellaninin (Renato Castellani, 1913-1985) doğum günüdür.
   4 sentyabr 1952 - Məşhur hind aktyoru («Bobbi», «Qisasçı» və s. filmlər) Rişi Kapur (Rac Kapurun oğlu) anadan olub.
   4 sentyabr 1981 - Amerika müğənnisi, aktrisa Beyons (Beyons Jizel Noulz - Beyonce Giselle Knowles) anadan olub.
   
   5 sentyabr 1568 - İtalyan filosofu Tommazo Kampanella (Tommaso Campanella, 1568-1639) anadan olub.
   5 sentyabr 1817 - Rus yazıçısı və dramaturqu Aleksey Konstantinoviç Tolstoy (1817-1875) anadan olub.
   5 sentyabr 1905 - Macar əsilli ingilis yazıçısı və filosofu Artur Kestlerin (Arthur Koestler, 1905-1983) doğum günüdür.
   5 sentyabr 1912 - Amerika bəstəkarı, avanqard musiqi əsərlərinin müəllifi Con Keyc (John Milton Cage, 1912-1992) anadan olub.
   5 sentyabr 1946 - Əslən iranlı olan məşhur Britaniya rok müğənnisi, «Queen» qrupunun lideri Fredi Merkyuri (əsl adı Fərrux Balsara) - (Freddie Mercury, 1946-1991) anadan olub.
   5 sentyabr 1951 - Amerika kinoaktyoru Maykl Kiton (Michael Keaton - Michael John Douglas) anadan olub.
   5 sentyabr 1973 - Amerika aktrisası Rouz Makqouen (Rose Arianna McGowan) anadan olub.
   
   6 sentyabr 1860 - Amerika filosofu və sosioloqu, Nobel sülh mükafatı (1931) laureatı Ceyn Adams (Jane Laura Addams, 1860-1935) anadan olub.
   6 sentyabr 1928 - Rus bəstəkarı və dirijoru Yevgeni Svetlanov (1928-2002) anadan olub.
   6 sentyabr 1973 - Rus estrada müğənnisi, populyar «Laskovıy may» qrupunun solisti Yuri Şatunovun doğum günüdür.
   6 sentyabr 2007 - Dünya şöhrətli italyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti, 12.10.1935-2007) vəfat edib.
   
   7 sentyabr 1726 - Fransız bəstəkarı Fransua Andre Filidor (1726-1795) anadan olub.
   7 sentyabr 1870 - Rus yazıçısı Aleksandr Kuprinin (1870-1938) doğum günüdür.
   7 sentyabr 1909 - Türk-yunan əsilli Amerika rejissoru, iki dəfə «Oskar» laureatı Elia Kazan (Kazan - Elia Kasancıoğlu, 1909-2003) anadan olub.
   7 sentyabr 1940 - İtalyan kinorejissoru Dario Arcento (Dario Argento) anadan olub.
   7 sentyabr 1949 - Amerika müğənnisi Qloriya Qeynor (Faluz) - (Gloria Gaynor - Fowles) anadan olub.