Azərbaycan
   
   26 noyabr 1991 - Ali Sovetin sessiyasında Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi barədə qərar qəbul olunub. Qərar ermənilərin qondarma «Dağlıq Qarabağ Respublikası" yaratmaq qərarına (2 sentyabr, 1991) cavab olaraq qəbul edilmişdi. Ali Sovet keçmiş DQMV-nin mərkəzi Stepanakert şəhərinin adının dəyişdirilərək Xankəndi adının bərpa olunması, habelə Mardakert və Martuninin tarixi adlarının (Ağdərə və Xocavənd) bərpası barədə qanun qəbul edib. Hadrut və Əsgəran rayonları ləğv edilib, Hadrutun ərazisi Xocavənd rayonunun tərkibinə, Əsgəranın ərazisi isə yeni yaradılan Xocalı rayonunun tərkibinə verilib.
   
   27 noyabr 1946 - Rejissor, ssenarist Akif Rüstəmov anadan olub. "Azərbaycanfilm" kinostudiyasında çəkilən bir sıra filmlərin (“Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Nəsimi” və s.) ikinci rejissoru və rejissor assistentidir.
   
   28 noyabr 1852 - Görkəml şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (14.6.1794 - 1852) vəfat edib.
   28 noyabr 1939 - Bəstəkar Sevda Mirzə qızı İbrahimova anadan olub. Müxtəlif janrlarda musiqi əsərlərinin, "Vətən şəhidləri" kantatasının (1990) və s. müəllifidir.
   28 noyabr 1939 - Şair Alqayıt Bayram oğlu Xəlilov anadan olub.
   
   29 noyabr 1918 - Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın ilk parlamentinin yaradılması ilə bağlı ölkə əhalisinə müraciət edib. O, «milli və məzhəb fərqlərinə baxmayaraq» bütün əhalini Xalq Cümhuriyyətinin yeni parlamentində təmsil olunmağa çağırıb: «Ümumi vətəndə müştərək həyatlarını qurmaq üçün onlar bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər».
   29 noyabr 1928 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli fırça ustası, SSRİ-nin Xalq rəssamı Tahir Salahovun doğum günüdür. 2008-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə ölkəmizin ən yüksək mükafatı - «Heydər Əliyev» ordeni ilə təltif olunub.
   29 noyabr 1947 - Tanınmış jurnalist, publisist Mirzə Xəzər (Mirzə Kərim oğlu Mikayılov) Göyçay rayonunda doğulub. 1974-cü ildə İsrailə mühacirət edib, sonra ABŞ-a köçüb. Uzun müddət "Amerikanın səsi" və "Azadlıq" radiolarında Azərbaycan redaksiyasına rəhbərlik edib. 1990-cı ilin 20 Yanvar faciəsi barədə dünyaya ilk informasiya yayan jurnalistlərdən biri olub.
   29 noyabr 1965 - Aktrisa Almaz Hüseyn qızı Amanova Sumqayıtda anadan olub. Bir sıra filmlərdə (“Mənim ağ şəhərim” və s.) çəkilib.
   29 noyabr 1990 - Azərbaycan SSR-in adının dəyişdirilərək Azərbaycan Respublikası adlandırılması və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı elan edilməsi barədə fərman verilib. 1991-ci ilin 5 fevralında Ali Sovet bununla bağlı qanun qəbul etdi.
   
   30 noyabr 1934 - Şair, tərcüməçi İlyas Tapdıq (İlyas Oruc oğlu Tapdıqov) anadan olub.
   30 noyabr 1950 - Moskvada "Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü" başa çatıb.
   
   Dünya
   
   26 noyabr Dünya İnformasiya günüdür (World Information Day). BMT-nin İqtisadi və Sosial şuralarında məşvərətçi statusu olan Beynəlxalq İnformatizasiya Akademiyasının təşəbbüsü ilə qeyd edilir.
   
   26 noyabr 1857 - Məşhur isveçrəli dilçi alim, semiologiya və struktur linqvistikasının banisi Ferdinand de Sossyur (Ferdinand de Saussure, 1857 - 22.2.1913) anadan olub.
   26 noyabr 1883 - Macar şairi və yazıçısı Mixay Babiç (Mihaly Babits, 1883 - 1941) anadan olub.
   26 noyabr 1909 - Rumın dramaturqu, absurd teatrı estetik cərəyanının banisi Ejen İonesko (Eugene Ionesco, 1909 - 28.3.1994) anadan olub.
   26 noyabr 1926 - Məşhur rus sirk ustası və aktrisa (“Zolaqlıların səfəri” filminin baş qəhrəmanı) Marqarita Petrovna Nazarova (1926-2006) anadan olub.
   26 noyabr 1939 - Dünya şöhrətli Amerika müğənnisi, aktrisa, 8 dəfə “Qremmi” mükafatı laureatı Tina Ternerin (Tina Turner, əsl adı Anna Mae Bullock) doğum günüdür.
   
   27 noyabr 1895 - Fransız yazıçı-dramaturqu Aleksandr (oğul) Düma (Alexandre Dumas fils, 27.7.1824 - 1895) vəfat edib.
   27 noyabr 1940 - Məşhur çinli (Honkonq) aktyor, rejissor, Şərq əlbəyaxa döyüş növlərinin ustası Brüs Li (Bruce Lee, 1940-1973) anadan olub.
   27 noyabr 1942 - Dünya şöhrətli amerikalı rok-musiqiçisi, gitaraçı Cimi Hendriks (Jimi Hendrix - James Marshall Hendrix, 1942-1970) anadan olub.
   27 noyabr 1953 - Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1936) laureatı Yudjin O’Nil (Eugene Gladstone O"Neill, 16.10.1888 - 1953) vəfat edib.
   
   28 noyabr 1757 - İngilis şairi və rəssamı Uilyam Bleyk (William Blake, 1757-1827) anadan olub.
   28 noyabr 1820 - Görkəmli alman filosofu, kommunist ideologiyasının banilərindən (Karl Marksla birgə) biri Fridrix Engels (Friedrich Engels; 1820 - 5.8.1895) anadan olub.
   28 noyabr 1829 - Rus bəstəkarı və dirijoru, Rusiyada ilk konservatoriyanın yaradıcısı Anton Qriqoryeviç Rubinşteyn (1829-1894) anadan olub.
   28 noyabr 1880 - Rus şairi Aleksandr Aleksandroviç Blok (1880 - 7.8.1921) anadan olub.
   28 noyabr 1881 - Avstriya yazıçısı, ədəbiyyatşünas Stefan Sveyq (Stefan Zweig, 1881 - 22.2.1942) anadan olub.
   28 noyabr 1906 - Məşhur rus ədəbiyyatşünas alimi Dmitri Sergeyeviç Lixaçovun (1906-1999) doğum günüdür.
   28 noyabr 1956 - İtalyan müğənnisi və bəstəkarı, 80-ci illər disko musiqisinin məşhur nümayəndəsi Roberto Zanetti (Roberto Zanetti - Savage) anadan olub.
   
   29 noyabr 1930 - Rus aktrisası (“Brilliant əl” filmində Nadya - Qorbunkovun arvadı) Nina Qrebeşkova anadan olub. Məşhur kinorejissor Leonid Qaydayın həyat yoldaşı olub.
   29 noyabr 1953 - Sloveniya müğənnisi Vlado Kreslin anadan olub.
   29 noyabr 1966 - Rus aktyoru, Rusiyanın Xalq artisti Yevgeni Vitalyeviç Mironov anadan olub.
   
   30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi günüdür (Computer Security Day). 1988-ci ildə Amerika Kompyuter Avadanlıqları Asossiasiyası tərəfindən kompyuter virusları ilə mübarizə devizi altında təsis edilib.
   
   30 noyabr 1667 - Məşhur ingilis (irland) yazıçısı, “Qulliverin səyahəti” əsərinin müəllifi Conatan Svift (Jonathan Swift; 1667- 19.10.1745) anadan olub.
   30 noyabr 1817 - Alman filoloqu və tarixçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1902, “Roma tarixi” əsərinə görə) laureatı Teodor Momzen (Theodor Mommsen, 1817 - 1.11.1903) anadan olub.
   30 noyabr 1835 - Amerika yazıçısı Mark Tvenin (Mark Twain - əsl adı Samuel Langhorne Clemens), 1835 - 21.4.1910) doğum günüdür.
   30 noyabr 1934 - Rus aktyoru, SSRİ Xalq artisti Vyaçeslav Nevinnıy (1934-2009) anadan olub.