Müsabiqənin üç qalibi Beynəlxalq Muğam Festivalında ölkəmizi təmsil edəcəklər
   
   Heydər Əliyev Fondu, Təhsil, Mədəniyyət və Turizm nazirlikləri və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən II Respublika muğam müsabiqəsi fevralın 24-də başa çatıb. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında dörd gün davam edən müsabiqə üç turdan ibarət olub. 
      
   Tanınmış mədəniyyət xadimlərinin, sənətsevərlərin iştirak etdikləri tədbirdə müsabiqənin sonuncu turunun nəticələri açıqlanıb. 18 yaşından 35 yaşınadək iddiaçıların iştirak etdikləri müsabiqənin nəticələrinə görə, Azərbaycan Milli Konservatoriyasının tələbələri Aytən Məhərrəmova, Ehtiram Hüseynov və Asəf Zeynallı adına Musiqi Kollecinin tələbəsi Nişanə Baxışova müvafiq olaraq I, II və III yerləri tutubar. Qaliblər mükafatlandırılıb və onlar mart ayında ölkəmizdə keçiriləcək II Beynəlxalq Muğam Festivalında iştirak etmək hüququ qazanıblar.
   Tədbirin bağlanış mərasimində təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev iştirak ediblər. Təhsil naziri bildirib ki, ümumilikdə müsabiqəyə 40-dək ifaçı qatılıb: “Onların içərisindən ən yaxşıların yaxşısını seçmək çox çətin idi”.
   Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi isə bildirib ki, respublika müsabiqəsinin qalibləri mart ayında Bakıda keçiriləcək beynəlxalq muğam müsabiqəsində ölkəmizi təmsil edəcəklər. Həmin müsabiqə Beynəlxalq Muğam Festivalı (14-21 mart) çərçivəsində təşkil olunacaq. Bundan əlavə, müstəqil olaraq, daha iki namizəd - Babək Niftəliyev və Azərbaycanın Əməkdar artisti Fərqanə Qasımova müsabiqəyə qatılacaqlar: “Düşünürəm ki, bu müsabiqədə Azərbaycanı çox güclü muğam komandası təmsil edəcək”. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar