Prezident İlham Əliyev martın 3-də Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafındakı xidmətlərinə görə Kərimova Ayət Sadıq qızı, Məmmədova Sədaqət Ağaəli qızı “Əməkdar müəllim”, Əliyeva Səhər Hidayət qızı, Ocaqverdizadə Ofelya Məlkum qızı “Əməkdar həkim”, Əliyeva Zəhra Gülbala qızı, İsmayılova Səriyyə İsmayıl qızı “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülüblər.
Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasında elm, təhsil və səhiyyənin inkişafındakı xidmətlərinə görə üç qadın “Tərəqqi” medalı ilə təltif edilib.