Mayın 26-da metronun “Nizami” stansiyasının qarşısındakı Zivər bəy Əhmədbəyov parkı açılıb. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
Zivər bəy Əhmədbəyov 1918-1920-ci illərdə Bakının ilk azərbaycanlı baş memarı olub və şəhərin inkişafında mühüm rol oynayıb. O öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirib. Azərbaycan prezidentinin sərəncamı ilə Zivər bəy Əhmədbəyovun adını daşıyan park salınıb və burada onun abidəsi ucaldılıb.
Dövlət başçısı parkda yaradılan şəraitlə yaxından tanış olub. Bildirilib ki, parkın yerləşdiyi ərazi uzun müddət idi ki, baxımsız vəziyyətdəydi. Burada yaradılan parkın ərazisində çoxlu sayda müxtəlif ağac və gül kolları əkilib, yaşıllıq zolaqları salınıb. Parkda müasir işıqlandırma sistemi, fəvvarələr kompleksi qurulub. Burada paytaxt sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb.
Parkla üzbəüz bina Zivər bəy Əhmədbəyovun layihəsi əsasında inşa edilib. Qeyd olunub ki, parkın ətrafında olan binaların tarixi memarlıq üslubu saxlanılmaqla fasadları təmir ediləcək.