Prezident İlham Əliyev iyulun 19-da Xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
   Sərəncamda bildirilir ki, 2011-ci ilin oktyabr ayında Azərbaycanın Xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mirzə Əjdər oğlu İbrahimovun 100 illiyi tamam olur. XX əsr ədəbiyyatımızın tanınmış simalarından biri kimi onun meydana gətirdiyi əsərlərdə dövrün və zamanın dolğun mənzərəsi yaradılıb. Mirzə İbrahimov milli ədəbi-estetik fikrin inkişafı sahəsində mühüm xidmətlər göstərib.
   Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar