Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də görkəmli aktyor, Xalq artisti Yaşar Məmmədsadıq oğlu Nuriyevin “Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Aktyor Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə bu yüksək təltifə layiq görülüb.