Prezident İlham Əliyev sentyabrın 9-da milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, milli telefilmlərin, habelə teleserialların çəkilişini dəstəkləmək məqsədilə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına 5 milyon manat vəsait ayrılıb.