Prezident İlham Əliyev oktyabrın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Şərqdə ilk ali musiqi təhsili ocağı kimi fəaliyyətə başlayan Bakı Musiqi Akademiyası ötən müddətdə zəngin yol keçib və milli mədəniyyətimizin çoxəsrlik tarixinə yeni parlaq səhifələr yazıb. Ölkəmizdə görkəmli bəstəkarlar və ifaçılar nəslinin yetişdirilməsində onun xüsusi yeri var.
Sərəncamda Təhsil Nazirliyinə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.