Xəbər verdiyimiz kimi, noyabrın 24-də Avstraliyanın Kvinslend şəhərində keçirilən V Asiya-Sakit Okean Kino Akademiyası ilin mükafatları sahiblərinin adları açıqlanıb. Avstraliyada keçirilən mərasimdə “Ən yaxşı uşaq filmi” nominasiyasında “Buta” filmi qalib elan olunub.
   Dekabrın 2-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “Buta” filminin beynəlxalq uğuruna həsr olunmuş mətbuat konfransı keçiriləcək. Qeyd edək ki, bu il “Buta” filmi Türkiyə, Rusiya, Özbəkistan və Estoniyada keçirilən beynəlxalq festivalların müsabiqə proqramında iştirak edib.
   “Azərbaycanfilm” kinostudiyası və “Buta-film” Prodüser Mərkəzinin istehsalı olan ekran əsərinin quruluşçu rejissoru İlqar Nəcəfdir. Ssenari müəllifləri İlqar Nəcəf və Ramiz Fətəliyev, prodüserləri Xamis Muradov, İlqar Nəcəf, operator Georgi Beridze, rəssam Əziz Məmmədov, bəstəkarı Cavanşir Quliyevdir. Baş rollarda Rafiq Əzimov, Tofiq Əliyev, rollarda Elnur Kərimov, Ləman Nəbiyeva, Arzu İsayeva, Mirmöhsün Mirzəyev və başqaları çəkiliblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar