Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, istiqlal şairimiz Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 2012-ci ilin may ayında müasir böyük şair və maarifçi, tanınmış ictimai xadim, Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 120 ili tamam olur.
   Xalqımızın müstəqillik ideallarına bütün həyatı boyu sadiq qalan Əhməd Cavad Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Şairin zəngin yaradıcılığı milli azadlıq və istiqlal uğrunda mübarizə motivlərinin aparıcı mövqeyi ilə səciyyələnərək dövrün ictimai-siyasi mənzərəsini dolğun əks etdirir.
   Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Əhməd Cavadın 120 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar