Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 3-də Dövlət Bayrağı Meydanı, onun ətrafında görülən abadlıq, quruculuq tədbirləri və İdman-Konsert Kompleksində həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olublar.
Dövlət başçısına layihə üzrə görülən işlər barədə məlumat verilib. Qeyd edək ki, Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanınadək hissəsi 8 zolaqdan ibarət olacaq və ən müasir standartlara cavab verəcək. Burada rahat gediş-gəlişi təmin etmək məqsədilə yol boyu piyada keçidlərinin inşa olunacağı nəzərdə tutulub.
Prezident İlham Əliyev həyata keçirilən tədbirlərlə bağlı müvafiq tapşırıqlarını verib.