Prezident İlham Əliyev aprelin 26-da Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, 2013-2015-ci illərdə Azərbaycan tarixinə dair tədqiqatların daha da genişləndirilməsi və səmərəliliyinin artırılması üçün Azərbaycan Milli Elmlər Akademiyasına Prezidentin ehtiyat fondundan 3 milyon manat, Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Azərbaycan Respublikası ərazisində 2012-2014-cü illərdə nəzərdə tutulan arxeoloji araşdırmaların maliyyələşdirilməsi üçün isə AMEA-ya 2 milyon manat vəsait ayrılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar