Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi “Bu meydan, bu ekran - 2012” kino layihələri müsabiqəsinə yekun vurulub. Müsabiqə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək, kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq, həmçinin audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək, onların fəaliyyəti üçün stimul yaratmaq məqsədilə keçirilir. Müsabiqənin münsiflər heyətinin qərarına əsasən, Gənc Film İstehsalçıları Assosiasiyasının “Senzor”, “Rakord” şirkətinin “Gözlənti” və “Adari Films” şirkətinin “Arzu“ kino layihələri qalib adını qazanıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar