Prezident İlham Əliyev iyulun 19-da Zərdab rayonundakı Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, Azərbaycan mədəni-ictimai fikir tarixinin görkəmli şəxsiyyətlərindən biri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin zəngin irsi bugünkü və gələcək nəsillərin azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları baxımından müstəsna əhəmiyyətə malikdir. Sənəddə Azərbaycan Respublikası Prezidentinin “Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 4 iyun tarixli sərəncam imzaladığı nəzərə çatdırılır.
   Yeni sərəncama əsasən, Zərdab rayonunda yerləşən Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması, muzeyin zəruri avadanlıqlarla təchiz olunması və eksponatlarla zənginləşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 300 min manat vəsait ayrılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar