“Napoleon obrazını oynayıram”,- demək asandır, bu məsuliyyəti səhnədə sona qədər daşımaq əziyyət, zəhmət tələb edir”
Napoleon obrazı ilə Akademik Milli Dram Teatrında debüt edən Oktay Mehdiyev bu vaxta kimi Sumqayıt teatrında Ağa Məhəmməd şah Qacar, Müsyö Jordan, “Yuğ”un səhnəsində Kebot, Lopaxin kimi müxtəlif rollarda oynayıb.
- Tamaşaçılar bu günlərdə sizi Ferdinand Bruknerin “Napoleon” əsərinin tamaşasında baş rolda gördülər. Napoleonu tanımayan yoxdur. Bəs bu tarixi şəxsiyyəti səhnədə canlandıran Oktay Mehdiyevi yaxından necə tanıyaq?
- Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Çox xoşbəxtəm ki, Xalq artisti Həsənağa Turabov, Əməkdar artist Vidadi Həsənov kimi müəllimlərdən dərs almışam. Səhnə debütüm Sumqayıt Dövlət Musiqili Dram Teatrında olub. Çünki universiteti bitirəndə hərbi xidmətə çağırıldım. Hərbi xidmətdən sonra isə Sumqayıt teatrında işə qəbul olundum.
- Sənət müəllimlərinizdən öyrəndiklərinizi səhnədə həyata keçirmək çətin olmadı ki?
- Heç bir çətinlik hiss etməmişəm. İlk gündən mənə yaradıcı kollektivin bir üzvü kimi münasibət göstəriblər. Sumqayıt teatrında Vəliqulu (“Danabaş kəndinin əhvalatları”, Cəlil Məmmədquluzadə), Şair (“Yaxşı padşahın nağılı”, Anar), Bəhruz (“Mənim ağ göyərçinim”, Tamara Vəliyeva), Qozbel (“Varlı qadın”, Əli Əmirli) rollarını oynamışam, festivallarda iştirak etmişəm. Yeni teatr mövsümünü Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası ilə açdıq. Teatrımızın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovun quruluşunda hazırlanan həmin tamaşada Müsyö Jordanı oynayıram. Ötən mövsüm Firudin müəllim Xalq yazıçısı Elçinin “Qatil” əsərinə quruluş verərkən Oğlan obrazını mənə tapşırdı. Bu tamaşanı yaxın günlərdə paytaxt teatrsevərlərinin qarşısında da oynayacağıq.
- Bu, sizin paytaxtın teatr ictimaiyyəti qarşısında ilk çıxışınız olmayacaq. Çünki “Yuğ” teatrında da fəaliyyət göstərirsiniz. Öz dəst-xətti olan “Yuğ”a gəlişiniz necə alındı?
- Gənc rejissor Tural Mustafayev Sumqayıt teatrında Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” əsəri əsasında “Şah” tamaşası hazırlayanda Qacarı mənə həvalə etmişdi. Görkəmli rejissorumuz Vaqif İbrahimoğlu tələbəsinin quruluş verdiyi tamaşaya baxanda mənim ifamı bəyəndi və teatra dəvət etdi. Rəhmətlik Vaqif müəllimlə bir neçə tamaşada, o cümlədən “Birinci akt”da birgə çalışmaq mənə nəsib oldu. Anton Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanan bu tamaşada Lopaxini oynadım. Tamaşa bu gün də “Yuğ”un repertuarındadır.
- Akademik Milli Dram Teatrında Napoleon obrazı ilə debüt etmək də hər aktyora nəsib olan xoşbəxtlik deyil...
- Bu rola dəvət almaq mənim üçün gözlənilməz oldu. Akademik Milli Dram Teatrının truppa müdiri zəng edib ki, teatrda “Napoleon” əsəri hazırlanır, baş rolda da səni sınamaq istəyirlər. Gəldim teatra, tamaşanın quruluşçu rejissoru Namiq Ağayevlə görüşdüm. Napoleon obrazı, ümumiyyətlə, tamaşa barədə fikirlərini açıqladı.
Ferdinad Bruknerin pyesini oxuyub tanış oldum və gördüm ki, bu obraz özünü səhnədə sübut etmək üçün aktyora geniş imkanlar yaradır, yetər ki, bir qədər əziyyət çəkəsən. Hələ mən məsuliyyət məsələsini demirəm. “Napoleon obrazını oynayıram”, - demək asandır, bu məsuliyyəti dərk etmək, onu səhnədə sona qədər daşımaq əziyyət, zəhmət tələb edir. Özünü tərif kimi anlaşılmasın, mən işimə məsuliyyətlə yanaşan adamam. Etibar olunan epizodik rola belə məsuliyyətlə yanaşmağa çalışıram. Quruluşçu rejissorla Napoleon obrazı üzərində bir neçə ay gərgin çalışdıq. Teatrın direktoru İsrafil İsrafilov sağ olsun ki, bizə inandı və hər cür şərait yaratdı.
Xarakter etibarı ilə sakit təbiətliyəm. Lakin daxilimdə bir çılğınlıq var. Napoleon obrazını məşq edərkən tamaşanın rejissoru kimi Namiq Ağayev daxilimdəki çılğınlığı hiss edə bilirdi. Universitetdə müəllimlərimdən, çalışdığım teatrlarda Vaqif İbrahimoğlu, Azərpaşa Nemətov, Firudin Məhərrəmov kimi istedadlı rejissorlardan öyrəndiklərim hər halda köməyimə gəldi. Düşünürəm ki, “Napoleon”a baxan tamaşaçıları inandıra bildim.
- Yenidən sizi Akademik Milli Dram Teatrında görə biləcəyik?
- İsrafil İsrafilov Akademik Milli Dram Teatrına direktor təyin olunduqdan sonra kollektivdə müsbətə doğru çox şey dəyişib. Xüsusən gənc rejissor və aktyorlara özlərini sübut etmək üçün hər bir şərait yaradılır. İstedadı, bacarığı, zövqü olan yaradıcı adamlar üçün teatrın qapıları taybatay açılıb. Şəxsən mənimlə bağlı onu deyə bilərəm ki, müəyyən planlar var. Amma gəlin bir qədər gözləyək, tələsməyə dəyməz.
Etibar Cəbrayıloğlu