Prezident İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslər adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmaqla Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüblər: Xancalova Firuzə Arif qızı - Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasının 1-ci kurs tələbəsi; Məlikov Əli Həsən oğlu - Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin şagirdi; Şükürov Mirpaşa Mustafa oğlu - Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına 1 nömrəli uşaq musiqi məktəbinin şagirdi; Vəliyev Nəcəf Xəluq oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdi; Yusifov Yusif Nadir oğlu - Bakı şəhər 24 nömrəli onbirillik musiqi məktəbinin şagirdi.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar