Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə mədəniyyət sahəsində əlaqələri ilbəil genişlənir. Bu əməkdaşlığın inkişafına qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi də əhəmiyyətli töhfə verir. Belə tədbirlər sayəsində dünya xalqları Azərbaycanın, xalqımız da dünya ölkələrinin mədəniyyəti, sənət inciləri ilə tanış olur.
   Oktyabrın 7-dən 10-dək Belarus Respublikasında keçiriləcək Azərbaycan Mədəniyyəti Günləri də ikitərəfli əməkdaşlıq və mədəni mübadiləyə töhfə olacaq. Zəngin proqramı olan tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək.
   Oktyabrın 8-də Belarus Milli Böyük Teatrının foyesində "Azərbaycan ənənə və müasirliyin qovuşmasında" adlı fotosərgi açılacaq. Sərgidə Fərid Xayrulin, Leyla Axundzadə, Tahir Məmmədov, Mirnaib Həsənoğlu kimi məşhur fotoqrafların işləri nümayiş olunacaq. Fotoşəkillər qədim tarixi abidələri, Bakının görkəmli yerlərini və Azərbaycanın müasir quruculuğunu əks etdirir.
   Mədəniyyət günləri çərçivəsində Azərbaycanın turizm imkanlarından bəhs edən sərgi də nümayiş olunacaq.
   Həmin gün Minsk şəhərinin «Qələbə» kinoteatrında Azərbaycan Kinosu Günlərinin açılışı olacaq. Yerli kinosevərlər üç gün ərzində Azərbaycan filmlərini izləmək imkanı qazanacaqlar.
   Oktyabrın 9-da Belarus Milli Böyük Teatrında mədəniyyət günlərinin rəsmi açılışı olacaq. Teatrın səhnəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası tərəfindən dahi bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baleti təqdim ediləcək.
   Mədəniyyət günləri çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus Respublikası Milli Bədii Muzeyinə, Belarus Milli Kitabxanasına baş çəkəcək, Maksim Qorki adına Milli Akademik Teatrda tamaşaya baxacaqlar.   

   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar