Noyabrın 16-da Azərbaycan Dövlət Film Fondunda görkəmli bəstəkar Emin Sabitoğlunun 75 illiyinə həsr edilmiş tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq tədbirin iştirakçıları yubilyara həsr edilmiş fotosərgi ilə də tanış olacaqlar.
Emin Sabitoğlu milli kinomuzun inkişafında əhəmiyyətli xidmətləri olan tanınmış bəstəkarlarımızdandır. O, hələ tələbəlik illərindən kino musiqisinə maraq göstərib, sonralar 20-dən artıq bədii, bir o qədər də sənədli filmə musiqi yazıb. 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru işləyib.
“Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Ad günü”, “İstintaq”, “Bağlı qapı”, “Atları yəhərləyin”, “Bəyin oğurlanması”, “Yaramaz”, “Ölsəm... bağışla”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” və s. bədii filmlərin böyük tamaşaçı rəğbəti qazanmasında Emin Sabitoğlunun musiqilərinin də əvəzsiz yeri var.