M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının bağçasında Azərbaycanın görkəmli yazıçı-dramaturqu, filosof Mirzə Fətəli Axundzadənin abidəsinin açılış mərasimi olub.
   
   Layihə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin Rusiyadakı səfirliyi və M.İ.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanası ilə birlikdə həyata keçirilib. Abidənin müəllifi gənc azərbaycanlı heykəltəraş, V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunun məzunu Zaur Rzayevdir.
   Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu böyük ədibin Azərbaycan və Rusiya xalqları və mədəniyyətləri arasında dostluğun təməlini qoymuş şəxsiyyət olduğunu qeyd edərək onun abidəsinin Moskvada ucaldılmasının əhəmiyyətini vurğulayıb. Kitabxananın baş direktoru Yekaterina Geniyeva bu hadisəni iki xalqın mədəni həyatında əhəmiyyətli hadisə adlandırıb. Rusiyanın tanınmış şairi Andrey Dementyev qeyd edib ki, M.F.Axundzadə Azərbaycanla Rusiya arasında qarşılıqlı mədəni mübadilədə böyük əlaqələndirici rolunu oynayıb.
   Kitabxanada həmçinin M.F.Axundzadənin seçilmiş əsərlərindən ibarət “İnsan əqli Allah vergisidir...” adlı kitabın (Azərbaycan və rus dillərində) təqdimatı keçirilib. Kitabın tərtibçiləri kitabxananın Şərq Mədəniyyətləri Mərkəzinin direktoru, tarix elmləri doktoru İlya Zaytsev və AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Fərid Ələkbərlidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar