Prezident İlham Əliyevin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" 23 dekabr 2011-ci il tarixli sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi Hindistanın İndira Qandi adına Mədəniyyət Mərkəzi ilə birgə Nyu Dehli şəhərində Nizami Gəncəviyə həsr olunmuş elmi konfrans, dekorativ, rəsm, xalça, numizmatika və tematik kitab sərgisi təşkil edib.
   Bununla əlaqədar olaraq AMEA-nın müxbir üzvü, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor əvəzi Teymur Kərimli, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev, Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Ümumi şöbənin müdiri Əli Rəsulov, AMEA-nın Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Siracəddin Hacı, yazıçı-tərcüməçi Kamran Nəzirli, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının Xarici əlaqələr şöbəsinin müdiri Xəyalə İsmayılova, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin baş elmi işçisi Rəma Zeynalova, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbənin baş məsləhətçisi Aslan Cəfərov, xalq artistləri Mələkxanım Əyyubova, Möhlət Müslümov, Fəxrəddin Dadaşov, Samir Cəfərov və KİV əməkdaşlarından ibarət nümayəndə heyəti Hindistana gedib.
   Səfər dekabrın 1-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar