Yanvarın 25-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İspaniya və Andorraya rəsmi səfərə gedib.
    Fevralın 2-dək davam edəcək səfər proqramına Barselona şəhərinin və Andorra knyazlığının turizm potensialı ilə tanışlıq, qış turizmi sahəsində təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi daxildir.
   Eyni zamanda, 30 yanvar - 2 fevral tarixlərində nazir İspaniyanın Madrid şəhərində "FİTUR" beynəlxalq turizm sərgisində, BMT-nin Dünya Turizm Təşkilatının dəstəyi ilə keçiriləcək "Know-How" tədbirlərində iştirak edəcək.
   Səfər çərçivəsində Ə.Qarayevin Andorranın turizm və ətraf mühit naziri Françesk Kamp Torres, İspaniyanın turizm üzrə dövlət katibi İzabel Barrego, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, İspaniyanın mədəniyyət üzrə dövlət katibi Xose Maria Lassal Ruiz, o cümlədən digər rəsmilərlə görüşləri nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar