Prezident İlham Əliyev fevralın 25-də görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov Şərq mədəniyyətinin xüsusiyyətlərini və Avropanın demokratik dəyərlərini üzvi şəkildə birləşdirməklə xalqımızın tarixi nailiyyəti kimi meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında, dünya dövlətləri tərəfindən tanınmasında böyük xidmətlər göstərib.
Sərəncamda Xarici İşlər Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumlarla birlikdə Ə.Topçubaşovun yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar