Prezident İlham Əliyev martın 1-də Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, XIX əsrin ikinci yarısından etibarən baş verən ictimai-siyasi hadisələr fonunda Azərbaycanın mədəni həyatındakı dəyişikliklər ənənəvi xalq teatrının peşəkar dünyəvi teatra çevrilməsinə zəmin hazırlayıb. O, yarandığı gündən Şərq-islam aləminin ilk professional teatr sənəti ocağı kimi öz zəngin repertuarında daim yüksək ideyalı və dərin ictimai məzmunlu əsərlərə geniş yer verib. Ölkəmizdə indi bütünlüklə milli dəyərlər sisteminə əsaslanan yeni teatr tipi və səhnə mədəniyyəti ilə seçilən aktyor məktəbi var. Əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmiş vətənpərvər ruhlu yeni nəsillərin formalaşmasında milli teatrın xidmətləri əvəzsizdir.
   Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Milli Elmlər Akademiyası ilə birlikdə, Teatr Xadimləri İttifaqının təklifləri nəzərə alınmaqla, Azərbaycanda peşəkar milli teatrın 140 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar