Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. “Keçmişimizin ən dərin qatlarından gələn Novruz bayramı xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olub, Odlar diyarında həmişə uca tutulmuşdur. Novruz bayramının muğam və aşıq sənəti ilə yanaşı, UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilməsi əslində hər bir azərbaycanlının nailiyyətidir”, - deyə təbrikdə bildirilir.
   Təbrikdə qeyd olunur ki, Bahar bayramı ərəfəsində paytaxt və bölgələrdə keçirilən III Beynəlxalq Muğam Festivalı böyük tarixi-mədəni irsimizi bütün zənginliyi ilə bir daha nümayiş etdirmək imkanı verdi: “Sürətlə modernləşən ölkəmizdə Yaz bayramı mədəni irsə qayğıkeş münasibətin və ənənəvi dəyərlərə bağlılığın rəmzinə çevrilmişdir. Bu əziz günlərdə mən hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Qoy bu bayram hər ailəyə bol ruzi-bərəkət və xoş ovqat gətirsin!”







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar