Aprelin 15-16-da Moskvada Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin X konfransı keçiriləcək. Avropa Şurasının təşəbbüsü və Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan konfransda mədəniyyətlərarası qarşılıqlı fəaliyyət, dünyada sosial-iqtisadi dəyişikliklər şəraitində mədəni həyatın inkişafı məsələləri, mədəniyyətin idarə olunması sahəsində müasir cəmiyyətin innovasiya yanaşmaları müzakirə ediləcək.
   Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edəcək. Tədbirin “Mədəniyyətin idarə edilməsi” sessiyasında nazirin çıxışı nəzərdə tutulub.
   Böyük Teatrın binasında keçiriləcək konfransın açılış mərasimində RF-nin mədəniyyət naziri V.Medinski, Avropa Şurası baş katibinin müavini Q.Battayni-Draqoni, Avropa Şurası Nazirlər Komitəsinin sədri adından Andorranın mədəniyyət naziri A.Esteve Qarsiya nümayəndələrə təbrik nitqi ilə müraciət edəcəklər.
   Konfransın Avropa Şurasının 2006-cı ildə “Mədəniyyətlərarası dialoqa dair ağ kitab”da müəyyən edilmiş strateji xəttinə uyğun olaraq ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi yolunda yeni mühüm mərhələ olacağı gözlənilir. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar