Prezident İlham Əliyev aprelin 16-da Qız qalasının bərpa və konservasiyasının sürətləndirilməsi və muzey ekspozisiyasının yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
   Sərəncamda qeyd olunur ki, zəngin ənənələrə malik Azərbaycan memarlığının qiymətli incisi olan Qız qalası tikinti texnikası və memarlıq quruluşunun unikallığı baxımından seçilməklə paytaxt Bakının rəmzinə çevrilib. UNESCO tərəfindən dünya mədəni irsi siyahısına daxil edilən bu möhtəşəm abidə özünün əsrarəngizliyi ilə uzun əsrlərdən bəri diqqəti cəlb edərək, əzəmətli tarixi məkanlardan biri kimi tanınır.
   Sərəncama əsasən, Qız qalasında aparılan bərpa və konservasiya işlərinin sürətləndirilməsi və muzey ekspozisiyasının yenidən qurulması üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 2,5 milyon manat ayrılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar