Aprelin 23-də Polşanın qədim paytaxtı Qniezno şəhərində Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 540, bərpasının 20 illiyi ilə əlaqədar “Dostluq” abidəsinin açılışı və Azərbaycan incəsənət ustalarının iştirakı ilə muğam konserti keçiriləcək. Bu münasibətlə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti Polşaya səfər edəcək. Nümayəndə heyətinə abidənin müəllifləri - Xalq rəssamı Salxab Məmmədov və Əməkdar rəssam Əli İbadullayev, Əməkdar incəsənət xadimi, heykəltəraş Akif Əsgərov, incəsənət ustaları - Əməkdar artist Təyyar Bayramov (xanəndə), Arzu Əliyeva (xanəndə), Rövşən Qurbanov (tar), Xəyyam Məmmədov (kamança) və digər şəxslər daxildir.
   Qeyd edək ki, Azərbaycan-Polşa münasibətləri qədim tarixə söykənir. XV əsrin sonlarına yaxın Ağqoyunlu ilə Reç Pospolita dövlətləri arasında məktublaşmalar aparılıb, qarşılıqlı səfərlər təşkil edilib. Gəncə, Bakı, Zaqatala və Quba şəhərlərində vaxtilə polyak icmasının inşa etdiyi katolik kilsəsi və digər tikililər bu gün dövlət tərəfindən qorunub saxlanılmaqdadır.
   “Dostluq” abidəsinin ümumi kompozisiyasına gəldikdə o, üz-üzə dayanmış palıd yarpağı formasındadır. İç tərəfdən üzərində Azərbaycanın və Polşanın xəritəsi əks olunub. Bürünc materialda, parlaq rənglərdə verilmiş yarpağın çöl tərəfində ümummilli lider Heydər Əliyevin Polşa haqqında, digər tərəfdə isə Roma papası II İohann Pavelin Azərbaycan haqqında dediyi sözlər yazılıb. Abidənin hündürlüyü 3,5 m, eni 1,7 metrdir.
   Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Qniezno şəhər rəhbərliyi və digər aidiyyəti qurumların rəhbərləri ilə görüşləri nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar