Xəbər verildiyi kimi, aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında prezident vəzifəsinə və Rəyasət Heyətinin tərkibinə seçkilər keçirilib. AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Akif Əlizadə gizli səsvermə yolu ilə Milli Elmlər Akademiyasının prezidenti seçilib.
   Aprelin 25-də Prezident İlham Əliyev AMEA-nın prezidenti seçilmiş Akif Ağa Mehdi oğlu Əlizadənin bu vəzifəyə təsdiq edilməsi barədə sərəncam imzalayıb.
   Qeyd edək ki, AMEA-nın ümumi yığıncağında qurumun vitse-prezidentləri və Rəyasət Heyətinin yeni tərkibi də seçilib. Vitse-prezidentlər vəzifəsinə akademiklər Akif Hacıyev, İbrahim Quliyev, İsa Həbibbəyli və Tofiq Nağıyev, akademik-katib vəzifəsinə isə Rasim Əliquliyev seçilib.
   Ölkə Prezidentinin 25 aprel 2013-cü il tarixli sərəncamı ilə İsa Əkbər oğlu Həbibbəyli Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar