Filippində nəşr olunan və Asiya qitəsinin inkişaf etmiş ölkələrində həyata keçirilən uğurlu islahatları, dövlət başçılarının fəaliyyətini əks etdirən “BizNewsAsia” jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi “İlin adamı” elan edib.
   Jurnalın avqust buraxılışında Azərbaycan Prezidentinin fəaliyyəti və ölkəmizin uğurlarından bəhs edən məqalələr dərc olunub. Bildirilir ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dünyada özünəməxsus yer tutub. Qeyd edilir ki, dünyanı bürümüş iqtisadi böhran Azərbaycana təsir göstərməyib. Ölkədə bütün sahələrdə islahatlar həyata keçirilir. Bu ilin əvvəlində Azərbaycan orbitə ilk telekommunikasiya peykini buraxmaqla kosmik ailənin üzvünə çevrilib.
   Jurnal oxucuların diqqətinə onu da çatdırır ki, dünya dövlətləri üçün tolerantlıq nümunəsi olan Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Azərbaycan dünyada həm də zəngin mədəniyyəti və qədim tarixi ilə tanınır. Şərqdə ilk demokratik respublika 1918-ci ildə məhz Azərbaycanda yaradılıb.
   Nəşrdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən də söz açılır. Bakının bir sıra mötəbər forumlara, nüfuzlu konfranslara, simpoziumlara, müsabiqələrə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan jurnal Prezident İlham Əliyevin dünya dövlətlərinin liderləri ilə keçirdiyi görüşləri, eləcə də Azərbaycanda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərini əks etdirən çoxsaylı şəkillərə də yer verib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar