Neftçala Rayon İcra Hakimiyyətinin sərəncamı ilə 2012-ci il rayonda "Kitabxanalar ili" elan edilib. Sərəncama əsasən, rayon Mədəniyyət və Turizm Şöbəsi geniş tədbirlər planı hazırlayıb.
Bu sıraya Mərkəzləşdirilmiş Kitabxana Sisteminin informasiyalaşdırılması, fondun yeni nəşrlər və müasir informasiya daşıyıcıları ilə kompleksləşdirilməsi, kitabxana fondunda olmayan ədəbiyyat və informasiyaların elm sahələri üzrə elektron variantının hazırlanması, MKS-nin bir filialında elektron kitabxananın yaradılması, yeni kitabların təqdimatı və s. nəzərdə tutulub. Tədbirlər planının həyata keçirilməsi nəticəsində rayon sakinlərinin müasir ədəbiyyat nümunələri, mədəniyyətin və elmin inkişafı ilə bağlı ətraflı məlumat bazası ilə tanış olmaq imkanları genişlənəcək.