Astara Rayon Mədəniyyət və Turizm Şöbəsinin özfəaliyyət kollektivi 18 avqust - Sərhəd Qoşunları Günü və Ramazan bayramı münasibətilə “N” saylı sərhəd zastavalarında hərbçilərimiz qarşısında rəngarəng konsert proqramları ilə çıxış ediblər. Özfəaliyyət kollektivinin fəal üzvləri Təhminə Mahmudova, Rəşad, Natiq və Asəf Nəzərovlar, kamançaçı Rəfael Qəmbərov, xanəndə Yaqut Məmmədovanın ifa etdikləri xalq mahnıları, şən, oynaq musiqi havaları tədbir iştirakçılarında xoş ovqat yaradıb.
   
   Əfqan Şəfiyev,
   Astara