AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Paleolit arxeoloji ekspedisiyası Ceyrançöl dəstəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurovun başçılığı ilə Qax rayonu ərazisində tədqiqat işləri davam etdirilir.
   
   Tədqiqatlar rayonun İlisu, Sarıbaş, Ağçay, Ləkit və Ləkit-Kötüklü kəndlərində aparılır. Son tədqiqatların nəticəsi olaraq rayonun Ləkit-Kötüklü kəndindən şimalda, yerli əhalinin “xorqaya” və “skolatlar” adlandırdığı ərazidə, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə dolomit qaya zolaqlarından ibarət yarıqların arasında ibtidai insanların yaşaya biləcəyi ehtimal olunan mağara və zağalar aşkar edilib.
   Arxeoloqların ehtimalına görə, bu yerlərdə ibtidai insanların yaşaması üçün münbit şərait olub. 

  Ceyhun