Ağcabədi Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində 1 mərkəzi, uşaq, 47 filial kitabxanası, 1 mədəniyyət evi, 41 klub müəssisəsi, 1 incəsənət, 8 musiqi məktəbi, həmçinin Heydər Əliyev Mərkəzi, tarix-diyarşünaslıq muzeyi və onun filialı olan Həmidə xanım Məmmədquluzadənin ev-muzeyi, dövlət rəsm qalereyası və Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi fəaliyyət göstərir.
   “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Mərkəzi Kitabxana Sistemində(MKS) kitabxana filiallarının birləşdirilməsi prosesi ötən ilin sonunda başa çatdırılıb. Mərkəzi kitabxanada informasiya resurs və avtomatlaşdırılmış biblioqrafiya şöbəsi, MKS-nin saytı yaradılıb.
   Mərkəzə 6 ədəd kompyuter dəsti verilib, Hindarx qəsəbəsində, Salmanbəyli, Boyat, Pərioğullar, Hüsülü, Poladlı və Kəhrizli kəndlərində yerləşən filial kitabxanalar da kompyuterlə təchiz olunub. 2012-ci ilin II rübündə MKS-yə 447 ədəd elektron kitab alınıb. Dövlət Proqramının icrası ilə bağlı işlər davam etdirilir.
   
   Adil Misirli,
   Ağcabədi