Prezident İlham Əliyevin XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq şairi Xəlil Rza Ulutürkün 80 illik yubileyinin qeyd olunması haqqında 4 iyun 2012-ci il tarixli sərəncamına əsasən Qax rayon 5 saylı şəhər kitabxanası və S.Vurğun adına Mədəniyyət evinin təşkilatçılığı ilə böyük söz ustadına həsr olunmuş “Mən onsuz da əbədiyəm" adlı tədbir keçirildi.
   Tədbirdə kitabxananın işçisi Aygül Əşrəfli şairin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etdi. İncəsənət məktəbinin rəqs qrupunun, məktəblilərin ifasında şairin şeirlərindən ibarət səhnələşdirilmiş kompozisiya təqdim olundu. Şairin səsində şeirinin səsləndirilməsi, həyat və yaradıcılığı haqqında videoçarxın nümayişi maraqla qarşılandı.
   Sonda Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nəzir Omarov çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.
   
   Məhsəti Xəlilova,
   5 saylı Qax şəhər kitabxanasının müdiri