Qusarda mədəni irs nümunələrinin bərpa və konservasiyası ilə bağlı sərgi-seminar keçirilib
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi mütəmadi olaraq respublikamızın müxtəlif muzeylərində saxlanılan maddi-mədəni irs nümunələrinin qorunması, bərpa və konservasiyası üçün lazımi tədbirlərin görülməsi məqsədilə maarifləndirmə işləri aparır. Mərkəzin əməkdaşlarının 5-9 noyabr tarixində Qusar rayonuna səfəri də bu məqsədə xidmət edirdi. Onlar Qusar Dövlət Rəsm Qalereyasında, Qusar Tarix-Diyarşünaslıq Muzeyində mövcud vəziyyət və problemlərlə tanış olub, muzeydə “Xilas olunmuş gözəllik” adlı sərgi-seminar keçiriblər.
Tədbirdə muzey işçiləri ilə yanaşı, digər mədəniyyət müəssisələrinin (qalereya, kitabxana və s.) əməkdaşları da iştirak edib. Seminarda Elmi Bərpa Mərkəzinin fəaliyyətini əks etdirən sənədli film, xalça, tikmə, qrafika nümunələrinin bərpa və konservasiya üsulları nümayiş etdirilib. İştirakçılar tarix-diyarşünaslıq muzeyinin toplusundan bərpa edilmiş əşyaların indiki və bərpadan əvvəlki vəziyyətini əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə də tanış olublar.