Mingəçevir Şəhər Mərkəzi Kitabxanasında görkəmli şair və dramaturq, ictimai xadim Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr edilmiş tədbir keçirilib. Mədəniyyət və təhsil işçilərinin, fəal oxucuların, tələbə və şagirdlərin qatıldığı tədbirdə çıxış edənlər Hüseyn Cavidin məşəqqətli ömür yolundan və bütün zamanlar üçün aktuallığını qoruyub saxlayan əsərlərinin ideya-məzmun xüsusiyyətlərindən söhbət açıblar.
   Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olan Hüseyn Cavidin sənətinin bütün zamanlar üçün əbədiyaşarlığı vurğulanıb. Hüseyn Cavidin Azərbaycan ədəbiyyatındakı mövqeyini yüksək qiymətləndirən oxucular bildiriblər ki, onun yaradıcılığı insanların mənəvi dünyasını daim zənginləşdirir.
   Sonda şagirdlərin ifasında Hüseyn Cavidin əsərlərindən ibarət ədəbi-bədii kompozisiyalar təqdim olunub, ədibin “Hərb və fəlakət”, “İlk bahar” şeirləri səsləndirilib.