Zaqatala rayonunun Çobankol kənd Mədəniyyət evi kənd tam orta məktəbinin kollektivi ilə birgə ekologiya mövzusunda “Gəlin, təbiəti birgə qoruyaq!” adlı tədbir keçirdi. Məqsəd kəndimizdə və ətraf ərazidə təmizlik, abadlıq işləri aparmaq idi.
Bir neçə dəfə iməcilik təşkil etdik. Sonra qərara aldıq ki, mədəniyyət evində “Təbiəti sevənlər” klubu yaradaq. Məktəbliləri və kəndin fəal gənclərini kluba cəlb etdik. Hazırda mədəniyyət evində, bir sıra dərnəklərlə yanaşı, ictimai əsaslarla dörd klub fəaliyyət göstərir: “Gənc rəssamlar”, “Səyahətçilər”, “Gənc idmançılar” və “Təbiəti sevənlər”.
Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət evlərinin qarşısına qoyduğu vəzifələrin yerinə yetirilməsində ictimai klubların rolu böyükdür. İctimaiyyətin, xüsusilə gənclərin, məktəblilərin asudə vaxtının səmərəli keçməsi üçün belə klubların yaradılmasını vacib hesab edirik. Sözügedən “Təbiəti sevənlər” klubunun artıq 40-dək üzvü var. Onlarla vaxtaşırı kollektiv şəkildə kəndin yaxınlığında olan meşələrə və çay kənarına gəzintiyə çıxır, mədəni istirahət təşkil edirik. Belə gəzintilərdə özfəaliyyət kollektivinin üzvləri səyyar konsert proqramı ilə çıxış edir, həvəskar rəssamlar şəkil çəkir. Bu tədbirlər gənclərin və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Gələcəkdə də belə ictimai əsaslarla fəaliyyət göstərən klubların sayının artırılmasına çalışacağıq.
Şuay Xəlilov,
Zaqatala rayonu Çobankol kənd Mədəniyyət evinin bədii rəhbəri