Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin "İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi" haqqındakı 18 yanvar 2013-cü il tarixli sərəncamına uyğun olaraq müxtəlif tədbirlər keçirilir. A.Babayev adına Naxçıvan Uşaq Kitabxanasında görkəmli şair-dramaturqun yubileyi ilə əlaqədar oxucu konfransı təşkil edilib.
   Konfransı giriş sözü ilə kitabxananın direktoru Kamal Axundov açıb. Kitabxananın əməkdaşları Kəmalə Ağayeva, Naibə Abbasova, Nazilə Quliyeva ədibin həyat və yaradıcılığı, “Göz həkimi" və "Qoşa söyüd" kitabları haqqında məruzələr ediblər.
   Naxçıvan şəhəri 4, 6, 15 saylı və Heydər Əliyev adına orta məktəblərin şagirdləri şairin şeirlərindən nümunələr oxuyublar. Sonda məktəbli gənclər kitabxananın foyesində təşkil edilmiş "İslam Səfərli - 90" başlıqlı sərgi-stendlə tanış olublar.