Xızı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə anım tədbiri keçirilib.
   Kitabxananın əməkdaşları ilə yanaşı, məktəblilərin də iştirak etdikləri tədbirdə Mübariz İbrahimovun qısa, lakin şərəfli ömür və döyüş yolundan, göstərdiyi şücaətdən danışılıb.
   Qəhrəmanlıq mövzusunda şeirlər söyləyən məktəblilər Mübariz İbrahimovun onlar üçün unudulmaz qəhrəman olduğunu bildiriblər. Tədbirdə Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş kitablar, dövri mətbuat nümunələri və şəkillərdən ibarət sərgi də nümayiş etdirilib.