Nazim Həsənovu Zərdab Rayon Mədəniyyət və Turizm Şöbəsində işləməzdən əvvəl də tanıyırdım. İş elə gətirdi ki, şöbədə işlə təmin edildim və bundan sonra onunla vaxtaşırı görüşməli olurdum. Nazim Həsənov rayonumuzdakı Qoşaoba kənd klubunda bədii rəhbər vəzifəsində çalışırdı.
   O, işini yaxşı bilən, peşəsinə yaradıcı yanaşan adamdır. Rayonda keçirilən bədii tədbirlərin fəal iştirakçısıdır. Yaxşı ifaçılıq qabiliyyəti, yüksək musiqi duyumu var. Məhz buna görə də xalq, bəstəkar mahnılarını özünəməxsus ustalıqla oxuyan müğənni kimi də rayonda yaxşı tanınır. Mədəniyyət və İncəsənət Universitetini bitirən Nazim Həsənov deyir ki, klassik musiqimiz bütün zamanlarda sevilib. Sevinirəm ki, ruhumuza qida verən musiqimizə, mahnılarımıza diqqət kəsilə-kəsilə ifaçılıq sənətinin sirlərinə bələd ola bilmişəm.
   İstedadlı müğənni müxtəlif vaxtlarda respublikamızda keçirilən mahnı müsabiqələrinin iştirakçısı olub, diplomlarla, hədiyyələrlə mükafatlandırılıb.
   Nazim Həsənov bu gün də sənətlə yaşayır, bu yolda inamla addımlayır, oxuduğu mahnıların qanadında ucalığa yüksəlir...
   
   Mübariz Səfiyaroğlu,
   Zərdab