Astara Rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsində 2 Aprel - Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar balacalar üçün qiraət günü keçirildi. Astara şəhər 1 saylı tam orta məktəbin IV və V sinif şagirdləri əvvəlcə uşaq ədəbiyyatı nümunələrindən ibarət kitab sərgisinə baxdılar.
Şöbənin müdiri Növrəstə Məmmədova Beynəlxalq Uşaq Kitabı Günü haqqında məlumat verdi, son illərdə uşaqlar arasında mütaliəyə marağın artdığını bildirdi. Qeyd etdi ki, uşaq şöbəsində 1000-dən çox adda müxtəlif nağıl, hekayə, həmçinin ingilis dilində kitablar toplanıb. Hazırda şöbənin 1500 nəfərdən çox uşaq oxucusu var. Uşaq şöbəsinin baş kitabxanaçısı Sürəyya İsayeva kitab sərgiləri haqqında məlumat verdi, Astara şəhər 1 saylı tam orta məktəbin tərbiyə işləri üzrə təşkilatçısı Kəmalə Lətifova “Kitabların uşaqların təhsilində əhəmiyyətli rolu” mövzusunda çıxış etdi.
Natəvan Mədətzadə,
Astara rayon MKS-nin əməkdaşı