Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində layihələrini davam etdirir. Növbəti tədbirlərin Almaniyanın bir sıra şəhərlərində keçirilməsi nəzərdə tutulur.
İlk tədbir - Azərbaycan gecəsi noyabrın 14-də Avropanın mədəni ənənələrə malik qədim şəhərlərindən sayılan Ştutqartda keçiriləcək. Gecə Heydər Əliyev Fondunun və Azərbaycanın Ştutqartdakı fəxri konsulluğunun dəstəyi ilə möhtəşəm mədəni tədbirlərin məkanı kimi tanınan “Theaterhaus”da gerçəkləşəcək.
Tədbirdə görkəmli Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq. Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin, Tofiq Quliyevin əsərləri virtuoz ifaçılar Fərhad Bədəlbəyli, Murad Hüseynov, habelə alman musiqiçilərinin də ifasında səslənəcək.
Gecədə rəsm və foto sərgiləri də təqdim ediləcək. İstedadlı gənclərin 19 rəngkarlıq işindən ibarət stendlərdən biri “Almaniya bir rəssamın gözü ilə” adlanır. Ölkəmizdə Almaniya ilə bağlı ənənəvi olaraq keçirilən sərgi-müsabiqələrdə qalib gələn əsərlər bu stendlərdən birində nümayiş etdirilir. 2008-ci ildən keçirilən müsabiqədə hər il üç qalib gənc Almaniyaya səyahət edir, Berlinin qalereya və muzeyləri ilə tanış olur və məşhur alman rəssamlarının ustad dərslərində iştirak edir.
Nümayiş olunacaq digər stenddə isə XIX əsrdən başlayaraq Azərbaycanda yaşayan almanların həyatını əks etdirən fotolar sərgilənəcək. Fotoşəkillər vaxtilə Gədəbəydə Avropanın ən böyük misəritmə zavodunu inşa etdirən Siemens qardaşları və onların minlərlə həmvətəninin Azərbaycandakı fəaliyyətindən və yaşam tərzindən bəhs edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar