13-14 noyabr tarixində Litvanın paytaxtı Vilnüsdə "Mədəni irs və Avropa İttifaqı-2020 strategiyası - vahid yanaşmaya doğru" adlı beynəlxalq konfrans keçiriləcək. Litva Respublikasının Avropa İttifaqı Şurasına prezidentliyi çərçivəsində təşkil olunan tədbirdə ölkəmiz mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.
Mədəni irsin qorunması məsələlərinin şəhərsalma, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələri ilə əlaqəli şəkildə müzakirəsi nəzərdə tutulan konfransda Avropa ölkələrinin təcrübələri nümayiş olunacaq, alim, mütəxəssis və dövlət nümayəndələrinin iştirakı ilə fikir mübadiləsi aparılacaq. Beynəlxalq konfransda Avropa İttifaqının, Avropa Şurasının yüksək vəzifəli şəxsləri, Avropa Şurasına üzv ölkələrin dövlət nümayəndələri, akademik və peşəkar irs mütəxəssisləri, milli, regional və yerli institutların təmsilçiləri iştirak edəcəklər. Tədbirin sonunda konfransın qətnaməsi qəbul olunacaq, həmçinin qonaqlar üçün UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Vilnüs şəhərinin tarixi mərkəzinə səfər təşkil ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar