Abşeron rayonunun Goradil kənd folklor klubunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Adına nəğmələr səslənir” adlı ədəbi-bədii gecə keçirilib. Tədbiri klubun bədii rəhbəri Günel İbrahimova açaraq ulu öndərin həyat yolu, dövlətçilik fəaliyyəti, mədəniyyətimizin inkişafında xidmətlərindən danışıb.
   Mehdiabad qəsəbə uşaq musiqi məktəbinin xor kollektivi, İsmayıl (fortepiano) və İbrahim (qarmon) Tahirov qardaşları, “Qönçə” qarmonçalanlar ansamblı Oqtay Rəcəbovun, Cəlal Abbasovun, Səid Rüstəmovun, Vasif Adıgözəlovun əsərlərini ifa ediblər. Qarmonda Z.Əliyev, fortepianoda A.Qənbərovanın ifaları da maraqla qarşılanıb.
   Goradil kənd orta məktəbinin şagirdləri Gülnar Məmmədova, Ayna Abuzərli, Röya Hacıyeva böyük öndər haqqında şeirlər söyləyiblər. Gecəni klubun müdiri, “Qönçə” qarmonçalanlar ansamblının rəhbəri Tanrıverdi Qulamovun ifasında “Mahur rəngi” tamamlayıb.
   
   Məmmədkərim Səmədov,
   Abşeron rayon Mədəniyyət Mərkəzinin metodisti