1 İyun - Beynəlxalq Uşaqları Müdafiə Günü hər il ölkəmizdə geniş qeyd olunur. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub. Bundan sonra “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanunu qəbul edilib.
   Əlamətdar günlə bağlı Kürdəmir rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən müxtəlif tədbirlər həyata keçirilib. Mədəniyyət və istirahət parkında uşaqların bayramı münasibətilə konsert təşkil olunub. Rayon İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşən tədbirdə ictimaiyyət nümayəndələri iştirak ediblər.
   Bayram tədbirində şagirdlərin, rayon kitabxanalarının oxucularının və uşaq bağçasının körpə fidanlarının ifalarında şeirlər, mahnı və rəqslər böyük maraqla qarşılanıb. Sonda tədbir iştirakçıları Kürdəmir Dövlət Rəsm Qalereyası rəsm dərnəyi üzvlərinin və rayon məktəblilərinin əl işlərindən ibarət sərgi ilə tanış olub.
   
   Məryəm Əliyeva,
   Kürdəmir rayon MKS-nin baş biblioqrafı