Sumqayıt şəhər Mərkəzi uşaq kitabxanasında 1 İyun - Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə “Əlvan arzular qanadında” adlı səhərcik keçirildi.
   Tədbirdə bu əlamətdar günün tarixindən söz açıldı, 1950-ci ildən dünyanın bir çox ölkələrində qeyd olunan bayramın əhəmiyyətindən danışıldı.
   Çıxışlardan sonra tədbir “Təfəkkür” liseyinin III C sinif şagirdlərinin ifasında “Şən uşaqlar” mahnısı ilə davam etdi. Uşaqların hazırladıqları səhnəciklər bayram proqramını rəngarəng etdi. “Sehrli xalat” tamaşası uşaqların məhz bu gün üçün hazırladıqları xüsusi səhnəciklərdən biri idi. Gözəl obrazlar yaradan balacalar bir anlıq sanki nağıl qəhrəmanlarına çevrildilər. Üçüncülər tamaşanın sonunda “Göyərçin” mahnısını ifa etdilər. Sonra uşaqlar Vətənə, anaya, sülhə aid şeirlər söylədilər, Sənəm Məhərrəmlinin, Rəbiyyə Sadıqzadənin skripkada, Əli Quliyevin sazda, Nigar Həsənlinin fortepianoda ifaları tədbirə bir başqa gözəllik qatdı.
   Üçüncülərin sinif rəhbəri Mehriban Rəhimova çıxış edərək bildirdi ki, harada uşaq varsa, orada səmimiyyət, sevinc, ümid böyük olur. Uşaq Psixologiya Mərkəzinin psixoloqu Namilə Əliyeva da bayram münasibətilə uşaqları təbrik etdi, onlara ən xoş arzularını çatdırdı.
   
   Nailə Tağıyeva,
   Sumqayıt şəhər Mərkəzi uşaq kitabxanasının müdiri






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar